Ukrayna əks-kəşfiyyatı Rusiyanın Kurskdakı hərbi aerodromuna PUA-larla hücum edib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, 16 PUA ilə edilən hücum nəticəsində 4 ədəd Su-30 və 1 ədəd MiQ-29 təyyarəsi məhv edilib. Bundan başqa S-300 və 2 ədəd “Pansir” hava hücumundan müdafiə sistemləri də vurulub.
Bildirilib ki, PUA-lardan yalnız 3-nü zərərsizləşdirmək mümkün olub.