Kurks hücumu: Kiyev ABŞ-a müraciət etdi – İcazə ver!

Kurks hücumu: Kiyev ABŞ-a müraciət etdi – İcazə ver!

Ukrayna ordusunun Kursk bölgəsinə girməsindən sonra Kiyev Rusiya ərazisinə ATACMS-la zərbələr endirmək üçün yenidən ABŞ-a müraciət edib.

AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” Zelenskinin adının açıqlanmasını istəməyən müşavirinə istinadən məlumat yayıb.

“Belə bir siyasi qərar Ukrayna Silahlı Qüvvələrinə Kursk vilayətinin ələ keçirilmiş ərazilərini qoruyub saxlamağa imkan verəcək. Məsələ budur ki, bu, Rusiya ilə danışıqlar üçün lazımi rıçaq verəcək. Üç gün ərzində Kursk vilayətində Ukrayna ordusu təxminən 100 km² ərazini ələ keçirib və yüzlərlə rus əsgərini əsir götürüb. Onlar “Qazprom”un Avropaya yanacaq tədarükü üçün istifadə etdiyi “Suca” qazpaylama stansiyasına da nəzarət edirlər”, – o bildirib.

Nəşr qeyd edir ki, Rusiya qırıcılarının Ukrayna qüvvələrinin mövqelərini bombalamaq üçün havaya qalxdığı hərbi aerodromlara uzaqmənzilli raketlərdən istifadə edilməsi planlaşdırılır.

Teqlər: