Kuril adaları yaxınlığında zəlzələ qeydə alınıb

Seysmoloqlar Sakit Okean akvatoriyasının Kuril yaxınlığında (Rusiya, Saxalin bölgəsi) 3,6 bal gücündə zəlzələ qeydə alıblar.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid geofizika xidmətinin Saxalin filialından bildirilib.

“Zəlzələnin episentri Kiçik Kuril adalar qrupunun yaxınlığında, ocağı isə 49 kilometr dərinlikdə yerləşib”, – filialın məlumatında deyilir.


Sunami təhlükəsi elan edilməyib, yeraltı təkanlar ən yaxınlığda yaşayan sakinlər tərəfindən hiss edilməyib.

Teqlər: