Kuril adaları yaxınlığında beş zəlzələ baş verib

Seysmoloqlar Sakit Okean akvatoriyasının Kuril yaxınlığında (Rusiya, Saxalin bölgəsi) 3.2 – 3.7 bal gücündə beş zəlzələ qeydə alıblar.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid geofizika xidmətinin Saxalin filialından bildirilib.

“Şimali Kuril adası Paramuşir və Kamçatka yarımadasının cənub tərəfi yaxınlığında 3.3 və 3.4 bal gücündə ocaqlarının dərinliyi 73 km-ə qədər olan iki, Kuril adalarının Kiçik silsiləsi yaxınlığında 3.2 – 3.7 bal gücündə ocaqların dərinliyi 50 km-ə qədər olan daha üç zəlzələ qeydə alınıb”, – filialın məlumatında deyilir.

Sunami təhlükəsi elan edilməyib. Xəsarət alan və dağıntılar olmayıb.

Teqlər: