Sakit Okeanda Kuril adaları (Saxalin bölgəsi) yaxınlığında 5.8 bal gücündə zəlzələ olub.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə “Yujno-Saxalinsk” seysmik stansiyasından bildirib.
“Zəlzələnin episentri Simuşir adasından 111 kilometr cənubda, ocağı isə 59 kilometr dərinlikdə yerləşib”, – məlumatda deyilir.
Sunami təhlükəsi elan edilməyib.
Qeyd edilir ki, bu gün Rusiyanın Kamçatka və Kuril bölgələrinin sahillərində 4.9 maqnitudaya qədər dörd zəlzələ baş verib.