Kürdlər referendumda: Yeni dövlət yaradılır

Kürdlər referendumda: Yeni dövlət yaradılır

Bu gün (25 sentyabr) dünyada yeni dövlət elan edilə bilər.

İraq Kürdüstan Muxtariyyəti bütün dünyanın etirazlarına baxmayaraq, müstəqillik referendumuna start verib.

Artıq Ərbildən ilk görüntülər yayımlanıb. Səsvermə İraqın Kərkək, Tuz Xurmatu, Mosulun Mahmur, Şenqal kimi bölgələrində də keçirilir. Ümumilikdə referendumda 5 milyon insanın səsvermə hüququ var.

Səhər saatlarında İraq Kürdüstan Muxtariyyətinin rəhbəri Məsud Bərzani seçki məntəqəsinə gələrək səs verib.

Referenduma qarşı olan Türkiyə səhər saatlarında növbəti bəyanatı yayıb. Xarici İşlər Nazirliyinin bəyanatında bir daha referendumun tanınmadığı bildirilir:

“İraq Kürdüstan Muxtariyyətində bu gün keçirilən referendum yox hökmündədir. İstər beynəlxalq hüquq, istərsə də İraq konsitutsiyasına zidd olan bu referendumu tanımırıq. Türkiyə və beynəlxalq ictimaiyyətin bütün tələblərinə rəğmən referendum keçirməkdə israr edən və sadəcə İraqı deyil, bütün bölgənin sülh və inkişafını təhlükəyə atan Kürdüstan Muxtariyyətini şiddətlə qınayırıq”.

sheyxe-sual

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə separatçılıqdan əziyyət çəkən bir ölkə kimi Azərbaycanın İraqın şimalında keçirilən referenduma qətiyyətlə qarşı olduğunu vurğulayıb. O, FETÖ-nün 15 iyul 2016-cı ildəki hərbi çevriliş təşəbbüsünə qarşı başda prezident Əliyev olmaqla, Azərbaycan xalqının tam həmrəy şəkildə Türkiyə dövlətini dəstəklədiyini xatırladıb.