Xəbər - Samir Əli – Trend:
Binəqədi rayon Məhkəməsində Kürdəmir rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.
AzerTimes-ın məlumatına görə, prosesdə təqdimat təmin edilib və C.Cəfərov barəsində həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Xatırladaq ki, C.Cəfərov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) və 311.3.3-cü (rüşvət alma – külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.