Kürdəmirdə yaş yarımlıq körpə su maşınının altında qalaraq ölüb.
AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.
Belə ki, həyətyanı sahəyə içməli su gətirən QAZ-53 markalı su maşınının sürücüsü Sahib Sabir oğlu İsgəndərov avtomobili geriyə verərkən ehtiyatsızlıq edib və 2022-ci il təvəllüdlü Uğur Semral oğlu Bəkirovun üzərindən keçib. Azyaşlı elə hadisə yerindəcə dünyasını dəyişib.
Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.