Kürdəmirdə narkotik satan iki nəfər saxlanıldı, biri qadındır (FOTO)

Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər
saxlanılıb, onlardan biri qadındır.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a
verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin
əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon
ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə
məşğul olmaqda şübhəli bilinən Bakı şəhər sakini Arzu Həsənova və
Kürdəmir rayon sakini Roman Sadıqov saxlanılıblar.

Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik
maddə heroin və tiryək, eləcə də ümumilikdə 39 ədəd güclü
təsiredici xüsusiyyətə malik həblər aşkarlanaraq maddi sübut kimi
götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxslər qanunsuz əməllə məşğul
olduqlarını etiraf ediblər.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi
açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri
seçilib.

Teqlər: