Kürdəmirdə çoban tüfənglə özünü yaraladı

Kürdəmirdə çoban tüfənglə özünü yaraladı

Kürdəmirdə çoban işlədiyi fermada özünə tüfənglə xəsarət yetirib.

AzerTimes Report-a istinadən xəbər ki, hadisə rayon ərazisində yerləşən fermalardan birində qeydə alınıb.

Belə ki, fermada çoban işləyən Şamaxı rayon sakini, 1986-cı il təvəllüdlü Vidadi Qasıməli oğlu İsmayılov əlindəki tüfənglə ehtiyatsız davranıb.

Bu zaman o, tüfəngin əlində açılması nəticəsində ayaq nahiyəsinə xəsarət yetirib.

O, ətrafdakı insanların köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər.

Fakt araşdırılır.

Teqlər: