Kürdəmirdə avtomobili “Kamaz”a çırpıldı: yaralılar var

Kürdəmirdə avtomobili “Kamaz”a çırpıldı: yaralılar var

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ – 21010 markalı avtomobilin sürücüsü Kürdəmir istiqamətində hərəkətdə olarkən qarşıda gedən Kamaz” markalı yük avtomobilinə çırpılıb.

Nəticədə VAZ markalı nəqliyyat vasitəsində olan dörd nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hazırda faktla bağlı araşdırma aparılır.

Teqlər: