Kürdə suyun səviyyəsi 15 sm artdı

Kürdə suyun səviyyəsi 15 sm artdı

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.

AzerTimes xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yaylb.

Avtomat hidroloji stansiyaların iyunun 4-ü saat 9:00-a olan məlumatına əsasən Böyük Qafqaz ərazisindən axan Əyriçayda 83 sm, Qarasuçayda 11 sm, Qudiyalçayda 9 sm, Vəlvələçayda 4 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçayda 7 sm, Kürəkçay və Gəncəçayda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 5 sm, Həkəriçayda 4 sm, Tutqunçayda 2 sm, Kür çayının aşağı axınında Kür-Surrada 15 sm, Kür-Yevlaxda isə 2 sm artım qeydə alınıb.

Teqlər: