Xəbər - Samir Əli – Trend:
Kür çayında batan Vətən Müharibəsi iştirakçısı Sadıxbəyli Ramin Qaçay oğlunun meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyi Kür çayında batan şəxsin meyitinin tapılması ilə bağlı məlumat yayıb. Nazirliyin Mətbuat Xidmətindən AzerTimes-a verilən məlumatda bildirilir ki, xəbər verildiyi kimi, 31 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdıqları ehtimal olunan Yusifov Səfxan Aydın oğlu və Sadıxbəyli Ramin Qaçay oğlunun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən davam etdirilir.
Vətən Müharibəsi iştirakçısı Kürdə batıb – Axtarışlar aparılır (FOTO)
Aparılan axtarış işləri nəticəsində dalğıc-axtarış qrupu tərəfindən 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun meyiti bu gün günorta saatlarında Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Batdığı ehtimal olunan Yusifov Səfxan Aydın oğlunun axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.