Kürdə balıq tutan şəxs bədbəxt hadisə nəticəsində öldü

Kürdə balıq tutan şəxs bədbəxt hadisə nəticəsində öldü

Kür çayında balıq tutan şəxs bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

AzerTimes xəbər verir ki, çayın Şəmkir rayonu ərazisindən keçən hissəsində Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü O.Mamayev qardaşı ilə birgə balıq tutarkən ehtiyatsızlıqdan yıxılıb və əlindəki metal qarmaq onun ürəyinə batıb. O, aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: