Xəbər - İlhamə İsabalayeva –Trend:
Hazırda Kür çayının suyunun bölüşdürülməsi, idarəolunması ilə bağlı məsələlərin həlli üçün Gürcüstan tərəfi ilə danışıqlar aparılır.
AzerTimes-ın məlumatına görə, bunu bu gün “Eksperet saatı”ında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin və Təbii Sərvətlərin Tənzimlənməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı Gürcüstanla saziş layihəsinin hazırlanması üzərində iş aparılır: “Çalışırıq ki, saziş layihəsinin hazırlanması ilə bağlı Gürcüstanla apardığımız işləri yekunlaşdıraq və Türkiyə ilə əməkdaşlığımızı davam etdirək”.
Nazirlik rəsmisi qeyd edib ki, hazırda Mingəçevur Su Anbarında suyun səviyyəsi ötənilki səviyyədən 1 m 16 sm yüksəkdir: “Keçən illə müqayisədə Mingəcevirdə suların nizamlanması çərçivəsində ona qənaət edilib. Yaxın aylarda – yazda Kürdə sululuğun artması gözlənilir. Bu da əlavə suyun yığılmasına imkan verəcək”.