Kür çayının sahilində uşaq meyiti aşkarlandı

Kür çayının sahilində uşaq meyiti aşkarlandı

Kür çayının sahilində uşaq meyiti aşkarlanıb.

Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“112” qaynar telefon xəttinə, Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində 1 nəfər uşağın batması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində meyit tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Teqlər: