Kür çayının bu hissəsində suyun səviyyəsi azaldı

Kür çayının bu hissəsində suyun səviyyəsi azaldı

Kür çayının Qıraqkəsəmən məntəqəsində 27 may saat 20:00-a olan məlumata əsasən suyun səviyyəsi tədricən azalıb.

Bu barədə AzerTimes-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda Kür çayının Ağstafa rayonu ərazisindən keçən hissəsində, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalmağa başlayıb.

Hidroloji məntəqədən əldə olunan məlumata görə, hazırda çayda suyun səviyyəsi 554 sm təşkil edir.

Xatırladaq ki, qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Kür çayının Ağstafa rayonu ərazisindən keçən Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi kəskin artmışdı.

Teqlər: