Əvvəlcədən xəbər verildiyi kimi mart ayının ikinci ongünlüyündə
ölkə ərazisində hava şəraiti yağıntılı keçib. Düşən yağıntının
miqdarı bəzi rayonlarda aylıq normadan çox olub.
Trend xəbər
verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra
Tağıyeva bildirib.
“Yağan yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayına
tökülən çaylarda sululuq artıb. Nəticədə Kür çayının aşağı axınında
suyun səviyyəsi mart ayının əvvəlində müşahidə olunan minimum
səviyyələrdən xeyli yüksək olaraq Yevlax məntəqəsində 22 sm,
Zərdabda 90 sm, Surrada 120 sm, Şirvanda 112 sm, Salyanda 147 sm,
Bankədə 33 sm, Araz çayının Novruzlu məntəqəsində isə 57 sm çox
olub”.
Xidmət rəsmisi bildirib ki, eyni zamanda, çayda suyun həcmi orta
hesabla 3,5 dəfə artıb.
“Kür çayının aşağı axınında suyun həcminin xeyli artması
nəticəsində çayda duzluluq azalaraq norma daxilində olub. Belə ki,
martın 22-də növbəti monitorinq zamanı çaydan götürülən su
nümunələrinin analizi göstərib ki, çayda duzluluq Ərəbqardaşbəyli,
Surra, Qədimkənd, Xıllıda- 0.6 q/l, Mayakda isə 0.9q/l təşkil
edib.