Kür çayı üzərində yeni dəmiryolu körpüsü… – Foto

Kür çayı üzərində yeni dəmiryolu körpüsü… – Foto

Ələt-Horadiz-Ağbənd dəmiryolu xəttinin Ələt-Osmanlı hissəsindəki dəmiryol körpüsü yenidən qurulub və ona paralel yeni körpü inşa edilib.

Azərbaycan Dəmir Yolları QSC-dən AzerTimes-a verilən məlumata görə, Kür çayının Şirvan şəhərindən keçən hissəsində yerləşən bu körpülərin hər birinin uzunluğu 270,5 metr, eni isə 5,7 metrdir.

Hər iki körpünün layihələndirilməsi 100 % yerinə yetirilib, tikinti işlərinin 98 %-i yekunlaşıb. Bu körpülər dəmiryolu ilə yüklərin daha intensiv daşınmasında önəmli rol oynayacaq.

Yaxın zamanda körpülərin tam istimara verilməsi planlaşdırılır.

Teqlər: