Kür çayı qurudu, kişi meyiti aşkarlandı

Kür çayı qurudu, kişi meyiti aşkarlandı

Ağstafa Rayon Polis Şöbəsinə Kür çayının Ağstafa rayonun Poylu qəsəbəsi hissəsindəki adacıqda naməlum meyit olması ilə bağlı məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov AzerTimes-a bildirib ki, dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, çay suyunun çəkilməsi nəticəsində naməlum kişi meyiti üzə çıxıb. Onun əlamətləri belədir: boyu 165 sm-dir, yaş 45-55, üzərində zorakılıq əlamətləri yoxdur, boğazında mənzil açarı var.

Naməlum şəxs barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, 022 225 25 52, 050 583 41 02 telefon nömrələrinə və ya ərazi üzrə polis orqanlarına məlumat vermələri xahiş olunur.

Teqlər: