Kupyanska hücum: Kremlin əsas məqsədlərindən biri…

Kupyanska hücum: Kremlin əsas məqsədlərindən biri…

Rusiya diqqəti Zaporojyedəki vəziyyətdən yayındırmaq üçün Kupyansk istiqamətində böyük hücum həyata keçirməyə çalışır, onların real uğurları yoxdur.

AzerTimes xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.

“Son günlər ruslar Luqansk və Xarkov vilayətləri istiqamətində cəbhəboyu zonanın atəşə tutulmasını xeyli gücləndiriblər. Rusiya çox güman ki, yalnız kiçik üstünlüklər əldə edib, lakin şimalda hücumların bərpası bu ərazinin Kreml üçün əhəmiyyətini göstərir, eyni zamanda ruslar Zaporojyenin cənubunda ciddi təzyiqlərlə üzləşirlər. “Qərb” qüvvələr qrupu”na Luqansk vilayəti ətrafında bufer zona yaratmaq üçün Oskol çayına çatmaq tapşırılıb. Kreml bunu müharibədəki əsas məqsədlərindən biri hesab edir”, – hesabatda qeyd olunub.

Teqlər: