Küləkli havaya görə Xəzərdə üzən gəmilərə ASCO-dan XƏBƏRDARLIQ

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Xəzər dənizi akvatoriyasında küləkli hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına aid Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib.

Bu barədə AzerTimes-a qurumun mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev məlumat verib. O bildirib ki, küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanlarına təhlükəsizlik üçün sığınacaqlarda dayanmalarını təmin etmələri tapşırılıb:

“Hava şəraiti ilə əlaqədar artıq qabaqlayıcı təhlükəsizlik tədbirləri görülüb, gəmilər hazırda sığınacaqlardadırlar. Dənizdə onların yenidən fəaliyyəti 18 fevral axşam saatlarından sonraya nəzərdə tutulub”.

Teqlər: