Küləkli hava şəraiti nə vaxtadək davam edəcək? – AÇIQLAMA

Bu gün Bakı və Abşeron yarımadasında küləkli hava şəraiti davam
edəcək.

Bunu Trend
açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad
Məmmədova bildirib.

O bildirib ki, axşam saatlarında bəzi yerlərdə arabir yağış
yağacaq: “Mayın 21-i səhər saatlarından etibarən külək zəifləyəcək.
Gündüz saatlarında mülayim cənub küləyinin əsəcəyi gözlənilir”.

G.Məmmədova əlavə edib ki, bölgələrdə də yağıntılı hava şəraiti
davam edəcək. Mayın 21-dən səhər saatlarından yağıntı
kəsiləcək.

Teqlər: