Külək içində uşaqlar olan batutu havaya uçurdu

Külək içində uşaqlar olan batutu havaya uçurdu

Cənubi Afrikanın Krugersdorp şəhərində keçirilən məktəb tədbiri zamanı güclü külək şişmə batutu havaya sovurub.

AzerTimes xəbər verir ki, hadisə ilə bağlı görüntülər yayılıb.

Nəticədə 2 uşaq yüksəklikdən yerə düşərək ağır xəsarət alıb. Uşaqlardan birinin kəllə sümüyü, digərinin isə qolu sınıb.

Hər iki uşaq xəstəxanaya yerləşdirilib.

Teqlər: