Kuleba: Rusiya müharibəyə fokuslanıb!

Kuleba: Rusiya müharibəyə fokuslanıb!

Rusiya danışıqlara deyil, Ukraynaya qarşı müharibəyə fokuslanıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

“Putin tərəfdarlarının Rusiyanın danışıqlara hazır olması barədə danışmasından daha rüsvayçı heç nə yoxdur. Biz bu “hazırlığı” hər gün eşidirik və görürük: artilleriya zərbələri, dinc əhaliyə qarşı raket terroru, kütləvi vəhşiliklər. Rusiya hələ də müharibəyə fokuslanıb, qalan hər şey sadəcə “tüstü pərdəsidir”, – Kuleba bildirib.

Teqlər: