Kuleba Rusiya ilə sülhün 2 şərtini açıqladı

Kuleba Rusiya ilə sülhün 2 şərtini açıqladı

Şərqi Avropada və bütün Avroatlantik məkanda davamlı sülhün bərqərar olması üçün bir neçə şərt var. Onlardan biri Rusiyanın transformasiyasıdır.

AzerTimes xəbər verir ki, bunu Ukrayna XİN rəhbəri Dmitri Kuleba deyib.

“Regionda və bütün Avroatlantik məkanda davamlı sülhü təmin etmək üçün nə etmək lazımdır? Bu sualın iki cavabı var. Birincisi, Ukrayna AB və NATO-ya üzv olmalıdır. İkincisi, Rusiya dəyişməlidir. Və burada ən maraqlı müzakirə Rusiyanın necə olacağı ilə bağlıdır”, – nazir bildirib.

Onun sözlərinə görə, dəyişiklikləri kənardan başqa dövlətlər təşkil etməli deyil:

“Düşünürəm ki, ruslar özləri normal həyata qayıtmaq üçün nəyi dəyişdirmək lazım olduğunu düşünməlidirlər. Rusiya təhlükə olmaqdan çıxanda davamlı sülh mümkün olacaq”.

Teqlər: