Kuleba NATO-ya çağırış etdi

Kuleba NATO-ya çağırış etdi

NATO ölkələri təcili olaraq silah istehsalını artırmalıdır. Bu baş verməsə, Ukrayna müharibədə qalib gələ bilməz.

AzerTimes xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

“NATO ölkələri lazımi silahların istehsalına bu gündən başlamalıdır. Bu baş verməsə, biz qalib gələ bilməyəcəyik”, – Kuleba bildirib.

Xatırladaq ki, bu gün Buxarestdə NATO-nun ikigünlük sammiti başlayır.

Teqlər: