NATO-nun Vilnüs sammiti öncəsi ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı apardıq.
AzerTimes xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
“Vilnüsə getməzdən əvvəl dövlət katibi Blinkinlə məhsuldar söhbətim oldu.
Artıq 48 saat qalıb və biz onun yekun qərarlarından hamının: Ukrayna, NATO və qlobal təhlükəsizliyin qazanacağına əmin olmaq üçün çalışırıq”, – Kuleba bildirib.
O qeyd edib ki, Blinkenə yeni yardım paketinə görə də təşəkkür edib.