Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Kuleba X (Tvitter) hesabında məlumat yayıb.
“Biz gələcək hərbi dəstəyi, “sülh formulası” koalisiyasının genişləndirilməsini, Afrika ölkələri və digər regionlara taxıl ixracımızı müzakirə etdik”, – Kuleba qeyd edib.
Qeyd edək ki, D.Kuleba Fransada səfərdədir.