Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova xarici işlər naziri Sergey Lavrovu vurmaq istədiyini bəyan edən Ukrayna diplomatik idarəsinin rəhbəri Dmitri Kulebanı qeyri-adekvat və savadsız adlandırıb.
AzerTimes xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
O, ukraynalı nazirə başqa karyera seçməli olduğunu deyib:
“Kiyev rejiminin nümayəndələrinin qeyri-adekvat olduğu hamıya məlum olan faktdır. Əslində problem budur – təhsilsiz aqressiv insanlar nazir adı altında Amerikanın puluna görə Ukraynanı xarabalığa çevirmək üçün işə götürülüblər. Bəlkə o, XİN-ə yox, qaydasız davaya getməli idi”.
Qeyd edək ki, Kuleba müsahibəsində rusiyalı həmkarı Lavrovu vurmaq istəyi hiss etdiyini etiraf edib.