Ukrayna Rusiya ilə dialoq və danışıqlar aparmağa hazırdır. Təbii ki, danışıqlar ədalətli və davamlı sülhə nail olmaq üçün rasional olmalı və praktiki əhəmiyyət kəsb etməlidir.
AzerTimes xəbər verir ki, bu fikri Çində səfərdə olan Ukrayna XİN rəhbəri Dmitri Kuleba deyib.
Çin xarici işlər naziri Vanq Yi Moskva və Kiyevin “müxtəlif dərəcələrdə” danışıqlara hazır olduqlarını təsdiqləyib:
“Bunun üçün şərait və imkanlar hələ yetişməsə də, biz sülhü təşviq edəcək bütün səyləri dəstəkləyirik və atəşkəs və danışıqların bərpası üçün konstruktiv rol oynamağa davam etməyə hazırıq”.
Qeyd edək ki, Kuleba müharibə başlayandan sonra ilk dəfə Çinə səfər edib.