Rusiyanın taxıl sövdələşməsindən çıxmasına və mülki gəmiləri vurmaq təhlükəsinə baxmayaraq, Ukrayna riskə gedərək taxıl ixracını bərpa etməyə hazırdır.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
“Biz istənilən riskə getməyə hazırıq. Düşünürəm ki, bizim sülhlə bağlı mesajımız çox sadədir – bizə Rusiya lazım deyil”, – Kuleba bildirib.