Kuleba Avropa ölkələrinə səfər edəcək

Kuleba Avropa ölkələrinə səfər edəcək

Ukrayna XİN rəhbəri Dmitri Kuleba ölkəyə beynəlxalq dəstəyi gücləndirmək və Rusiyaya qarşı sanksiyalar təzyiqini artırmaq üçün gələn həftə İsveç və Çexiyaya səfər edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ukrayna XİN rəhbəri bir sıra rəsmi görüş keçirəcək. Danışıqların əsas mövzuları Rusiyanın təcavüzünə qarşı mübarizə, gələcək hərbi, maliyyə və humanitar dəstək, ölkənin AB-yə üzvlüyünə gedən yol və Ukraynanın bərpası olacaq”,- məlumatda deyilir.

Teqlər: