Küçədə qalan alimə daha bir xoş xəbər

Küçədə qalan alimə daha bir xoş xəbər

Professor Fazil Qaraoğlu kirayə qaldığı evdən çıxarılmış, bütün kitabxanası, arxivi açıq havaya, çölə atılmışdı. Alimin belə acınacaqlı halı sadə insanları çox sarsıtdı, yatdım etməyə başladılar. 1, 2, 5, 10, 15, 20, 30, 50, 100, 200, 500 manat, yarım saat ərzində 3 mindən çox vəsait toplanmışdı. Bağını, evində boş mənzili təklif edənlər oldu. Aylıq, illik kirayə pulunu ödəyən çoxlu təkliflər gəldi.

AzerTimes xəbər verir ki, bunu “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu professorla bağlı paylaşımında bildirib.

O qeyd edib ki, rəsmi nümayəndələr professoru yerləşdirməklə bağlı səfərbər olublar:

“Səhər tezdən Sosial Xidmət Agentliyinin nümayəndəsi də professorla görüşdü. Hələ gecə Heydər Əliyev Fondunun, səhər tezdən Nərgiz fondunun nümayəndəsi zəng etdi. Mənzil tapmaq və professoru yerləşdirməklə bağlı səfərbər oldular. Nəhayət ev tapıldı. Fondlar yeni mənzilin kirayə haqqını 1 il 4 aylıq ödəməyi öz üzərinə götürüb. O, bu gecə isti və rahat mənzildə qalacaq”.

“Səhərə qədər durmadan hesaba pul gəlirdi. Bu gün hesabı yoxlayanda artıq 30 mindən çox vəsait yığılmışdı”, – Ş.Xuduoğlu bildirib.

Teqlər: