Küçə heyvanlarını yemləyən şəxs cərimələnib? – Rəsmi

Küçə heyvanlarını yemləyən şəxs cərimələnib? – Rəsmi

Daxili İşlər Nazirliyi (DİN) kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Sumqayıt şəhər sakini olan qadının küçə heyvanlarını yemlədiyi üçün barəsində protokol tərtib olunması ilə bağlı yayılan iddialara münasibət bildirib.

AzerTimes xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev Sumqayıt şəhər sakini 75 yaşlı Solmaz Hacıyevanın çoxmənzilli binanın evinin qarşısında müvafiq qurumlar tərəfindən keçirilən dezinfeksiya işlərinə maneə törətdiyinə görə polis əməkdaşlarının onunla dəfələrlə profilaktiki söhbətlər apardığını deyib.

“Bundan başqa S.Hacıyeva qonşuların etirazına baxmayaraq həmin ərazidə küçə heyvanlarına yem verərkən antisanitar şəraitin yaranmasına səbəb olub. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə qonşular tərəfindən edilən çoxsaylı müraciətlər əsasında Solmaz Hacıyeva barəsində İXM-nin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulduğuna görə) protokol tərtib olunub və sakinlərin istəyinə uyğun şəkildə ərazidə antisanitar vəziyyət aradan qaldırılıb”, – N.Əliyev bildirib.

Teqlər: