Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda küçə adlarının verilməsi qaydaları dəyişdirilməlidir.
AzerTimes-ın məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı Etibar Əliyev parlamentin bu gün keçirilən iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikləri müzakirə edərkən deyib.
O qeyd edib ki, Azərbaycanda şəhid adlarına verilməsi üçün kifayət qədər küçə var: “Hesab edirəm ki, küçə adlarının verlməsi qaydaları dəyişdirilməlidir və şəhid adlarının əbədiləşdirilməsi üçün onların adına küçə adları verilməlidir”.
Deputat İlham Məmmədov isə qeyd edib ki, rayon və şəhərlərdə küçə adlarının verilməsi səlahiyyəti rayon icra hakimiyyətlərinə verilməlidir.