Kuba hakimiyyətinin 100 mindən çox tərəfdarı, keçən bazar günü baş verən aksiyaları qınaq və respublika rəhbərliyinin siyasi kursuna dəstək məqsədi ilə Havananın mərkəzi hissəsində mitinq keçiriblər.
Trend TASS-a istinadən xəbər verir ki, bunu Kuba Xarici İşlər Nazirliyi bildirib.
“100.000-dən çox sakin səhər tezdən ölkələrini həm xarici müdaxilələrdən, həm də ölkədə siyasi qeyri-sabitlik yaratmağı hədəfləyən qarışıqlıqlardan qorumaq istəyi ilə toplanıb”, – məlumatda deyilir.
Mitinqdə ölkə prezidenti Miqel Dias-Kanel çıxış edib. Dövlət başçısı vurğulayıb ki, son günlərdə Kubada keçən bazar günü baş verən hadisələr barədə çox sayda qeyri-dəqiq məlumatlar yayılıb.