“Elza” qasırğasının Kubanın şərq sahillərinə və ölkənin mərkəzinə doğru hərəkət etməsi səbəbindən sakinlərin təxliyyəsi aparılır.
Trend Tass-a istinadən xəbər verir ki, indiyə qədər ən azı 180 min nəfər təxliyyə edilib.
Üç nəfərin artıq “Elza” qasırğasının qurbanı olduğu bildirilir: iki nəfər Dominikan Respublikasında, daha biri Sent-Lusiyada.