Xəbər - Orxan Nəbiyev – Trend:
Kubanın paytaxtı Havanada koronavirusa yoluxmanın yenidən artması ilə əlaqədar komendant saatı tətbiq olunub.
AzerTimes-ın məlumatına görə, yeni qərara əsasən, şəhər ərazisində saat 21:00-dan 05:00-dək insanların və nəqliyyat vasitələrinin hərəkəti qadağan edilir.
Komendant saatı fevralın 5-dən etibarən tətbiq olunacaq.
Qeyd edək ki, Kubada bugünədək 30 minə yaxın yoluxma qeydə alınıb, 220 nəfər ölüb.