Kuba prezidenti hökumət tərəfdarlarını küçələrə çıxmağa çağırdı

Kuba prezidenti Miqel Dias-Karnel Kuba inqilabının müdafiəçilərini hakimiyyətə qarşı təxribatların qarşısını almaq üçün küçələrə çıxmağa çağırıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkə prezidenti dövlət televiziyasının efirində deyib.


M.Dias-Karnel bildirib: “İnqilabın bütün müdafiəçilərini və bütün kommunistləri indidən və sonrakı günlərdə harada təxribat baş verilməsinə baxmayaraq, istənilən yerdə küçələrə çıxmağa çağırırıq”.