Kuba prezidenti 22 ildə ilk dəfə İrana gəldi

Kuba prezidenti 22 ildə ilk dəfə İrana gəldi

Kuba prezidentinin 2001-ci ildən bəri İrana ilk səfəri baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, Kuba Prezidenti Migel Dias-Kanel İrana gəlib. Dias-Kaneli İran Prezidenti İbrahim Rəisi qəbul edib. Danışıqlardan sonra tərəflər bir sıra sazişlər və əməkdaşlıq memorandumları imzalamağı planlaşdırırlar.

Qeyd edək ki, sonuncu dəfə Kuba lideri Fidel Kastro İrana 2001-ci ildə səfər edib.

Teqlər: