İyunun 17-də İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik Şurası Katibləri Komitəsinin iclası keçiriləcək.
AzerTimes xəbər verir ki, bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib.
İclas Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sədrlik edəcək, KTMT rəhbəri Stanislav Zas da tədbirə qatılacaq.
İclasda KTMT-yə üzv ölkələrin təhlükəsizliyi məsələləri müzakirə ediləcək.