Oktyabrın 17-dən 21-dək Hərbmeydan (Harbmaydon, Tacikistan) poliqonunda Tacikistan müdafiə nazirinin müavini general-mayor Saidasrar Səid Abdullazadənin rəhbərliyi ilə KTMT-nin Kollektiv Çevik Yerləşdirmə Qüvvələri ilə birgə təlimlərinin aktiv mərhələsi keçirilir.
AzerTimes xəbər verir ki, “Rubej-2024” birgə təlimində Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistanın hərbi kontingentləri, Birləşmiş Qərargahın əməliyyat qrupları və KTMT Katibliyi iştirak edir. Rusiya kontingentinin əsas hissəsini 201-ci hərbi bazanın Mərkəzi Hərbi Dairəsinin hərbi qulluqçuları təşkil edir. Təlimlərə 1500 hərbçi, 250 ədəd hərbi və xüsusi texnika, həmçinin aviasiya, helikopter və PUA-lar cəlb edilib.
Ermənistan təlimdə iştirakdan imtina edib.