KTMT-siz İrəvanın təhlükəsizliyi mümkün deyil – Vasilyev

KTMT-siz İrəvanın təhlükəsizliyi mümkün deyil – Vasilyev

Ermənistanın təhlükəsizliyi, o cümlədən hərbi-texniki sahədə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) əməkdaşlıq olmadan mümkün deyil.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin KTMT ilə bağlı xüsusi tapşırıqlar üzrə səfiri Viktor Vasilyev deyib.

“Rusiya Qərbin Ermənistandakı vəziyyətdən istifadə edərək təkcə orada deyil, bütün Qafqazda vəziyyəti gərginləşdirmək cəhdlərini görür. Ermənistan tərəfinin diqqətini Qərbin bu siyasətinə yönəltmək üçün KTMT çərçivəsində müzakirələr aparılır”, – Vasilyev bildirib.

Teqlər: