KTMT rəhbəri Stanislav Zasın rəhbərlik etdiyi missiya Ermənistanın Azərbaycanla sərhəd rayonuna gəlib.
AzerTimes xəbər verir ki, bu barədə təşkilatın məlumatında deyilir.
Bildirilib ki, S.Zas Vayots Dzor (Dərə Elazığ) vilayətində ön xətdə yerləşən bölmələrin komandirləri ilə görüşüb. Daha sonra o, döyüşlərin getdiyi ərazilərə baxış keçirib.