Almatıda KTMT Müdafiə Nazirləri Şurasının iclası keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
İştirakçılar kollektiv təhlükəsizlik regionlarında hərbi-siyasi vəziyyət və üzv dövlətlərin təhlükəsizliyinə təsirini müzakirə ediblər.
“KTMT-nin qoşun hissələrinin müasir, qabaqcıl silah və hərbi texnika nümunələri ilə təchiz edilməsi, birgə əməliyyat və döyüş hazırlığının planlaşdırılması, KTMT sülhməramlı kontingentlərinin təlim metodlarının təkmilləşdirilməsi, həmçinin Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi üzrə məqsədyönlü dövlətlərarası KTMT proqramına və bir sıra digər sənədlərə baxılıb, imzalanıb”, – məlumatda vurğulanıb.