Hərbi yardımın göstərilməsi məsələsi yalnız üzv dövlətin rəsmi müraciəti olduğu halda yarana bilər. Lakin bu günə qədər Rusiyadan Kursk vilayətindəki vəziyyətlə bağlı belə bir müraciət olmayıb.
AzerTimes xəbər verir ki, bu barədə KTMT-nin mətbuat xidmətindən Rusiya nəşrinin sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, KTMT eskalasiyanın yeni mərhələsi olan Kursk vilayətində vəziyyəti diqqətlə izləyir:
“Hərbi münaqişənin KTMT-nin məsuliyyət zonasına keçməsi eskalasiyanın yeni mərhələsidir. Analitik xidmətimiz gecə-gündüz fəaliyyət göstərir. Biz vəziyyətin inkişafını diqqətlə izləyirik və Nizamnaməyə uyğun hərəkət edəcəyik. Katiblik və Rusiya Federasiyasının müvafiq dövlət qurumları müntəzəm olaraq məlumat mübadiləsi aparırlar. Zərurət yaranarsa, KTMT Katibliyi bu halda nəzərdə tutulan bütün prosedurları müəyyən edilmiş vaxt çərçivəsində həyata keçirəcək”.