KTMT üzvü ölkələrinin vahid hava hücumundan müdafiə sistemi faktiki olaraq yaradılıb və hər bir dövlətlə müvafiq ikitərəfli sazişlər mövcuddur.
AzerTimes xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.
“Bizim dövlətlərin hər biri ilə müqaviləmiz var. Bu, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Belarusa aiddir”, – Şoyqu bildirib.
Qeyd edək ki, bundan öncə Rusiya lideri Vladimir Putin KTMT ölkələri ilə vahid HHM sisteminin artıq tamamlandığını bildirmişdi.