KTMT-yə üzv ölkələrin xüsusi təyinatlı qüvvələrinin nümayəndələri Bişkekdə əməliyyat toplantısı keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat mərkəzi məlumat yayıb.
“KTMT-nin birgə hazırlığı üzrə avqustun 1-dən 2-dək milli təhlükəsizlik orqanlarının xüsusi təyinatlı qüvvələrinin nümayəndələri operativ toplantı keçirib. Təlimdə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələri iştirak ediblər”, – məlumatda deyilir.