Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskvadakı mənzil-qərargahının yaxınlığında üzərində “Radium” yazısı olan şübhəli qutu tapılıb.
AzerTimes xəbər verir ki, bu barədə TASS Fövqəladə Hallar Xidmətindəki mənbəyə istinadla məlumat yayıb.
Bildirilib ki, qutu KTMT-nin Leninqrad prospektindəki qərargahının yaxınlığında, parkda, ağac üzərində tapılıb.
Hadisə yerinə cəlb edilən mütəxəssislər qutunu açanda radiozond və hava sensoru tapıb.
Tapılan radiozond və sensor ekspertizaya göndəriləcək.